KANAL24.AZ
Az Iw En Ru

Prezident İlham Əliyev Xırdalana 3 milyon manat ayırdı

Prezident İlham Əliyev Xırdalan şəhərində çoxmənzilli binaların əsaslı təmiri ilə bağlı tədbirlər haqqında  sərəncam imzalayıb.

Sərəncamda deyilir:

Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafına dair dövlət proqramlarının icrası nəticəsində Abşeron rayonunda bir sıra mühüm sosialyönümlü infrastruktur layihələri yerinə yetirilmiş, o cümlədən ən müasir tələblərə cavab verən Olimpiya İdman Kompleksi, Bayraq Meydanı, Uşaq-Gənclər Şahmat Məktəbi, Xırdalan şəhər Uşaq Musiqi Məktəbi, əlil və şəhid ailələri üçün ümumilikdə 105 mənzilli 2 yaşayış binası inşa edilmiş, Mədəniyyət Mərkəzi əsaslı təmir olunmuş, təhsil ocaqları və digər obyektlər istifadəyə verilmiş, iri sənaye və emal müəssisələri yaradılmış, 37 mindən çox iş yeri açılmış, rayonun bütün yaşayış məntəqələrini əhatə edən 7 avtomobil yolu yenidən qurulmuş, genişmiqyaslı abadlıq-quruculuq işləri görülmüşdür.

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, Xırdalan şəhərində abadlıq-quruculuq işlərinin davam etdirilməsi məqsədi ilə qərara alıram:

1. Xırdalan şəhərində 23 çoxmənzilli binanın əsaslı təmiri işlərinə başlanılması üçün podratçı təşkilatlara zəruri avansın ödənilməsindən ötrü Azərbaycan Respublikasının 2017-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Abşeron Rayon İcra Hakimiyyətinə 3,0 (üç) milyon manat ayrılsın.

2. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu Sərəncamın 1-ci hissəsində göstərilən məbləğdə maliyyələşməni təmin etsin.


02:06 17.11.2017