KANAL24.AZ
Az Iw En Ru

Pavel Filip "Fəryad Divarını" ziyarət etdi

Noyabrın 12 də İsraildə rəsmi səfəri başa çatan Moldovanın baş naziri Pavel Filip Yerüssəlimdə Fəryad Divarını ziyarət edib.

Orada baş naziri Moldovanın baş ravvini Zalman Leyb Abelskinin nəvəsi, ravvin Menahem Mendl Zalmanov qarşılayıb.Baş nazir ənənəyə uyğun olaraq dualar oxuyub, divar daşlarının arasına niyyət kağızı qoyub.Ravvin Zalmanov baş nazir Filipə yəhudilik nəzəriyyəsinə əsasən, Nuh nəslindən Yeddi qanun haqqında, Tövratın bütün bəşəriyyətə zəruri olan əmrləri haqqında danışıb.Moldovanın baş naziri söhbət zamanı Zalmanovun babası, yəhudi icmalarının 25 il müddətində idarə və bərpa edən ravvin Zalman Leyb Abelskinin fəaliyyətini yüksək qiymətləndirdiyini söyləyib və onun ölkənin bütün vətəndaşlarına hərtərəfli yardım və dəstək göstərdiyindən danışıb.Cənab Filip bundan sonra da Moldovanın yəhudi ictimayətini və əsas rəhbərini dəstəkləməyi davam etmək niyyətində olduğunu əlavə edib.


16:55 14.11.2017