KANAL24.AZ
Az Iw En Ru

Strateji Araşdırmalar Mərkəzinin əməkdaşları "Tərəqqi" medalı ilə təltif edildi

Prezident İlham Əliyev Azərbaycan Respublikasının Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin əməkdaşlarının "Tərəqqi" medalı ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.

Sərəncamda qeyd edilir ki, Azərbaycan Respublikasının Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin yaradılmasının 10 illik yubileyi münasibətilə və ölkənin ictimai-siyasi həyatında səmərəli fəaliyyətlərinə görə Mərkəzin aşağıdakı əməkdaşları "Tərəqqi" medalı ilə təltif edilsinlər:

Paşayeva Gülşən Məmmədəli qızı

Allahyarova Tahirə Bəkir qızı

Vəliyev Cavid İsmayıl oğlu

Məhəmmədi Məsiağa Əhməd oğlu

Sadıxov İsmayıl Ənvər oğlu.


01:20 11.11.2017