KANAL24.AZ
Az Iw En Ru

Sabah hava isti olacaq

Noyabrın 4-də Bakı və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən, yağmursuz keçəcəyi gözlənilir. Səhər bəzi yerlərdə zəif duman, çiskin olacaq. Şimal-qərb küləyi  gündüz cənub küləyi ilə əvəz olunacaq.

Havanın temperaturunun gecə 7-10° isti, gündüz  16-20° isti, Bakıda gecə  8-10° isti, gündüz 18-20° isti olacağı gözlənilir. Atmosfer  təzyiqi 764 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət  gecə 70-80 %, gündüz 45-50 % olacaq.

Tibbi-meteoroloji proqnoza əsasən, noyabrın 6-dək Abşeron yarımadasında mülayim payız havası meteohəssas insanlar üçün əsasən əlverişlidir.

Azərbaycanın rayonlarında hava, əsasən, yağmursuz keçəcək. Səhər bəzi yerlərdə duman,  Lənkəran-Astara zonasında çiskin olacaq. Qərb küləyi əsəcək. Havanın temperaturunun gecə 5-10°, gündüz  15-20° isti, dağlarda gecə 0-4°, gündüz  6-11° isti olacağı gözlənilir.

 


19:10 03.11.2017
Xəbər lenti
Bütün xəbərlər