KANAL24.AZ
Az Iw En Ru

Azərbaycan dili dərsliyində KOBUD SƏHV: ""İçərişəhər" metrosunun XI əsrdə..."

5-ci sinif Azərbaycan dili dərsliyində böyük səhvə yol verilib.
 
Kanal24 AzNews.az-a istinadən xəbər verir ki, sözügedən dərslikdə Şirvanşahlar şahı oğlu ilə dialoq aparır. O, oğluna sarayı Badi-Kubənin mənzərəli yerində tikməsini tapşırır. Şah həmçinin oğluna "İçərişəhər" metro stansiyasının Şirvanşahlar sarayının yanında olduğunu deyir.
 
5-ci sinif Azərbaycan dili dərsliyində yer alan məlum dialoqda Bakıda ilk metronun 1967-ci ildə deyil, XI əsrdə tikildiyi göstərilir.
 
Milli Məclisin Elm və Təhsil Komitəsinin üzvü Ağacan Abıyev açıqlamasında bildirib ki, 5-ci sinif Azərbaycan dərsliyində yol verilən səhv Milli Məclisdə müzakirə olunmalıdır:
 
"Azərbaycan dili dövlət dilidir və bu, belə qəbul olunub. Kitablar və dərsliklərlə bağlı mütəxəssislərimiz var, niyə onlar öz fikirlərini demirlər? Biz Təhsil Komisiyası kimi bu məsələyə baxıb, sözümüzü deməliyik. Milli Məclisin iclaslarında məsələ müzakirə olunmalı və sözümüzü bütün məktəblərə çatdırmalıyıq. Azərbaycan dilini sevməyən insan vətənini sevə bilməz”.

 


21:24 25.10.2017
Xəbər lenti
Bütün xəbərlər