KANAL24.AZ
Az Iw En Ru

Abşeronda TƏHLÜKƏ: sürüşmə sahələrində çatlar genişləndi

"Hökməlidə Nubar qəsəbəsi və Masazırda "Zəli gölü" çökmə - sürüşmə sahələrinin dinamikasında aktivlik müşahidə edilir".

Kanal24 xəbər verir ki, bunu apa-ya Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Geoloji Kəşfiyyat Xidmətinin geoloji planlama ekspedisiyasının dəstə rəisi Rafiq Həsənov deyib. Onun sözlərinə görə, Nubar qəsəbəsindəki sürüşmə sahəsi Hökməli, "Zəli gölü" sürüşmə sahəsi isə Keyrəki palçıq vulkanlarının yaxınlığında yerləşir: "Vulkanların yüz illər boyunca püskürməsi ilə vulkan külləri ərazini təşkil edən süxurların, torpağın tərkibinə daxil olub. Belə olduqda isə torpaq yuyulmaya, aşınmaya daha həssas olur və möhkəmliyini itirir. Azacıq yağan yağış isə ərazini təşkil edən süxurların daha da dağılıb, parçalanmasına səbəb olur və çökmə - sürüşmə prosesi üçün zəmin yaranır".
 
R. Həsənov qeyd edib ki, hər iki çökmə - sürüşmə sahəsində çatların ölçüləri genişlənib.


00:36 24.10.2017