KANAL24.AZ
Az Iw En Ru

Bakıda tikinti şirkətinə qarşı 5 milyon manatlıq məhkəmə iddiası

The Baku Group Ltd" MMC "İdeal-İ İnşaat" MMC-ni məhkəməyə verib.

Kanal24 Report-a istinadla xəbər verir ki, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edən "The Baku Group Ltd" MMC podrat müqaviləsinin ləğv edilməsi, sənədlərin əslinin və binaların idarəçiliyinin təhvil verilməsi barədə tələb irəli sürüb.

Həmçinin şirkətin iddiasında ümumi tikilən və satışa yararlı olan sahənin "The Baku Group Ltd" MMC-nin payına düşən 25% hissəsinin proporsional qaydada verilməsi, əgər həmin sahələr satılıbsa, satışdan əldə olunan pul məbləğinin və 5 milyon manat pul vəsaitinin, 30 manat ödənilmiş dövlət rüsumunun tutulmasını məhkəmədən istəyib.

"İdeal-İ İnşaat" MMC isə qarşılıqlı iddia tələbi irəli sürüb. Belə ki, şirkət inşa edilmiş çoxmərtəbəli yaşayış binaları üzərində "The Baku Group Ltd" MMC-nin sahiblik, istifadə hüquqlarının olmaması, ərazidə tikinti işlərinin aparılmasına müdaxilə etmələrinin qadağan olunmasını tələb edib.

Məhkəmənin çıxardığı qətnaməyə əsasən, ilkin iddia qismən təmin edilib, "İdeal-İ İnşaat" MMC-nin qarşılıqlı iddiası isə təmin edilməyib.

Məhkəmə qərarından narazı qalan "İdeal-İ İnşaat" MMC apellyasiya şikayəti verib. Şikayətə Bakı Apellyasiya Məhkəməsində baxılır.


00:04 24.10.2017
Xəbər lenti
Bütün xəbərlər