KANAL24.AZ
Az Iw En Ru

Meyvələrin üstünə limon sıxsanız...

Yeməklərin qida dəyərini necə artırmaq olar?

Avstraliyalı sağlam qidalanma mütəxəssisi Fiona Tak yemək məhsullarının qida dəyərini artırmaq üçün üzərinə limon sıxmağı məsləhət görüb.

Yumurta qabığını limon suyunda saxlayın. Sizə qəribə gəlməsin. Bu, kalsium və mineral faizini artırmağın ən əlverişli yollarından biridir.

 

Təzə limon suyunu sıxdıqdan sonra boş yumurta qabığını onun içinə qoyun və soyuducuda bir gecə saxlayın. Yumurta qabığındakı minerallar limon turşusuna hopacaq. Həzm sistemini yaxşılaşdırmaq və qidaların yaxşı udulması üçün limon suyunu səhərlər ilıq suyla qarışdırıb için.

Meyvələrin üzərinə limon suyu və ya sürtgəcdən keçirilmiş limon qabığı əlavə edin. Meyvələrin üzərinə limon suyu sıxmaq onları C vitamini ilə zənginləşdirir.
Tərəvəzləri anti-oksidantla zənginləşdirmək üçün üzərinə zeytun yağı əlavə edin.

Tərəvəzləri bişirdikdən sonra üstünə bir miqdar saf sızma zeytun yağı tökün. Beləliklə də, onların iltihab önləyici xüsusiyyəti və orqanizmdə sərbəst radikalları məhv edən kimyəvi maddələrin sayı (antioksidant) artır. Bundan başqa, zeytun yağı tərəvəzlərdə olan faydalı maddələrin bədən tərəfindən sorulmasına kömək edir. (publika.az)


06:45 23.10.2017