KANAL24.AZ
Az Iw En Ru

Qara çörəyin faydaları

Çörək qidamızın əsas hissəsini təşkil edir. Həkimlər sağlam qida kimi ağ çörəyi qara çörəklə əvəz etməyi məsləhət görürlər.

Qara çörəyin tərkibi mineral və vitaminlərlə zəngindir. Bundan əlavə, qara undan bişirilmiş çörək tədricən həzm olunduğundan, qanda şəkərin səviyyəsini sürətlə qaldırmır. Elə bu səbəbdən, qara çörək yedikdə uzun müddət aclıq hiss olunmur.

Qara çörəyin tərkibindəki sellüloza bağırsaqları yemək qalıqlarından təmizəyir, peristaltikanı gücləndirir və artıq suyu canına çəkir.

Qara çörəyin ən böyük faydası bağırsaqların işini asanlaşdırmasıdır. O, xüsusi ilə qəbzlikdən əziyyət çəkən insanlara məsləhət görülür. Bundan əlavə, qara çörək insulinin miqdarını artırır, diabetin və ürək-damar xəstəliklərinin inkişaf riskini azaldır.

Qara çörək toksinləri orqanizmdən çıxarır. Onun tərkibi dəmirlə zəngin olduğundan hemoqlobini aşağı olan insanlara məsləhət görülür.

Həkimlərin bildirdiyinə görə, qara çörək onkoloji xəstəliklərin qarşısını almağa kömək edir.

Dietoloqlar piylənmədən əziyyət çəkənlərə qara çörək yeməyi məsləhət görürlər. O, aşağı kalorili olması ilə seçilir, xolesterinin miqdarını aşağı salır, bədəndəki yağları yandırır.

Faydalı xüsusiyyətlərinin olmasına baxmayaraq, qara çörəyin zərərləri də var. Belə ki, xoralı xroniki qastrit, xroniki duodenal xoralar, həmçinin ciyər və bağırsaq xəstəlikləriindən əziyyət çəkənlər qara çörək yeməməlidirlər.


05:35 23.10.2017
Xəbər lenti
Bütün xəbərlər