KANAL24.AZ
Az Iw En Ru

Xoşbəxt olmaq istəyirsinizsə, bu qidalardan yeyin

Elə qidalar var ki, insanın ovqatına yaxşı təsir edir, əhval-ruhiyyəsini yüksəldir.

Tərkibində magnezium, çinko və omeqa 3 olan qidalar xosbəxtlik hormonu üçün vacibdir. 

Həmin qidaların siyahısını təqdim edirik:

Banan - B6 vitamini ilə zəngin olan bu meyvə orqanizmdə serotonin və dopaminin sintezini artıra bilir. 

Portağal suyu - psixoloji durumunuza müsbət təsir edən ən yaxşı içki C vitamini ilə zəngin portağal suyudur. Çünki bu vitamin beyin sinirlərinin balanslaşdırılmasına kömək olduğu kimi depressiya əlamətlərinin azalmasına da dəstək olur.

 

Qoz - əgər bir az çərəz yemək sizi xoşbəxt edəcəksə, qozu seçin. Çünki omeqa 3-lə zəngin olan qoz ovqatınızı düzəldəcək mühüm yağ turşularını özündə ehtiva edir.

Tərə və ispanaq - tərkibində bol miqdarda maqnezium olan bu göyərtiləri yeyərək orqanizmin stresslə mübarizəsinə yardımçı olacaqsınız. Çünki maqnezium sinir xəstəliklərinin ilk əlamətləri olan narahatlıq və əsəbiliyi aradan qaldırmağa kömək olur.

Balıq - omeqa 3 serotonin hormonunu artıraraq insanın özünün daha yaxşı hiss etməsini təmin edir.


04:32 23.10.2017