KANAL24.AZ
Az Iw En Ru

"Atletiko" - "Qarabağ" matçını izləmək istəyənlərin nəzərinə!

"Qarabağ"ın UEFA Çempionlar Liqasının qrup mərhələsi çərçivəsində İspaniyanın "Atletico" klubuna qarşı keçirəcəyi səfər matçını stadiondan izləmək istəyən azarkeşlər bu oyunun biletlərini Ağdam klubunun bazasından ala bilərlər.

Bu barədə Ağdam klubunun mətbuat xidməti məlumat yayıb. Qeyd olunur ki, azarkeşlər saat 10:00-dan saat 18:00-a qədər bazaya yaxınlaşaraq həmin biletləri əldə etmək şansına malikdir.

Yalnız bilet satışı ilə bağlı əlavə məlumat üçün bu nömrə ilə əlaqə saxlaya bilərsiniz: (055) 400-49-18.

Qeyd olunur ki, ödənişlər yalnız avro ilə həyata keçirilir. Bir biletin qiyməti 30 avrodur.


20:00 20.10.2017
Xəbər lenti
Bütün xəbərlər