KANAL24.AZ
Az Iw En Ru

Milli Məclisin gündəliyi açıqlandı

Sabah Milli Məclisin növbəti plenar iclası keçiriləcək.

Iclasın gündəliyinə 20 məsələ təklif edilir.

Deputatlar “Naxçıvan Muxtar Respublikasının Konstitusiyasında dəyişikliklərin təsdiq edilməsi haqqında”, “Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi ilə Çin Xalq Respublikasının Keyfiyyətə Nəzarət, Yoxlama və Karantin üzrə Baş Administrasiyası (AQSİQ) arasında texniki tənzimləmə, metrologiya, standartlaşdırma və uyğunluğun qiymətləndirilməsi sahələrində əməkdaşlığa dair” Anlaşma Memorandumunun təsdiq edilməsi haqqında qanun layihəsini, “Banklar haqqında” qanuna dəyişikliyi, “Poçt haqqında”, “Azərbaycan Respublikasının Mərkəzi Bankı haqqında”, “Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında” qanunda dəyişiklik edilməsini, “Mülki aviasiya sahəsində xidmətlərə görə" medalının təsis edilməsi ilə əlaqədar “Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında” qanuna dəyişiklikləri, Miqrasiya Məcəlləsinə, İnzibati Xətalar Məcəlləsinə dəyişiklikləri, “Məhkəmələr və hakimlər haqqında”, “Mədəniyyət haqqında” qanunu, Cinayət Məcəlləsinə, “Vəkillər və vəkillik fəaliyyəti haqqında” qanuna dəyişiklikləri müzakirə edəcəklər.

 


03:50 20.10.2017
Xəbər lenti
Bütün xəbərlər