İşğal edilmiş Dağlıq Qarabağda qoşunların təmas xəttində erməni əsgəri ölüb.
Bu barədə Ermənistan Müdafiə Nazirliyi məlumat yayıb.
Məlumata əsasən, 1998-ci il təvəllüdlü hərbi qulluqçu Tiqran Xaçatryan oktyabrın 19-da saat 15:50 radələrində ölümcül güllə yarası alıb.
Hadisənin təfərrüatlarının aydınlaşdırılması üçün araşdırma aparılır.