KANAL24.AZ
Az Iw En Ru

Sərkisyan ən qorxulu rəqibi ilə razılaşdı

Ermənistan Prezidenti Serj Sərkisyan Baş nazir Karen Karapetyanı 2018-ci ildən sonra baş nazirin müavini vəzifəsinin səlahiyyətlərini icra etməyə razı sala bilib.

Bu barədə informasiyanı “Jamanak” qəzeti yayıb.

“Sərkisyan Karapetyana anladıb ki, Qarabağla bağlı danışıqlarda qərar qəbul etmə səlahiyyətləri baş nazirdə olacaq. Baş nazirin müavini səlahiyyətlərini icra edən Karapetyan üçün isə heç nə dəyişməyəcək. O, hökumətin iclaslarını keçirəcək, kadr təyinatlarında sərbəstliyə sahib olacaq. Karapetyan həmçinin əvvəlki kimi Hökumət Evində oturacaq. Sərkisyan baş nazir olduqdan sonra özünün əvvəlki prezident iqamətgahında yaşayacaq”, – deyə məqalədə bildirilib.

Qeyd edək ki, 2018-ci ildə Ermənistan parlamentli respublika olacaq. Nəticədə prezidentin səlahiyyətlərinin böyük hissəsi baş nazirə veriləcək. Ekspertlər Sərkisyanın bununla Ermənistanda öz hakimiyyətini uzatmaq istədiyini bildirirlər. İndiyə qədər Sərkisyan üçün bu məsələdə əsas problem Rusiyanın yaxın adamı sayılan indiki Baş nazir Karen Karapetyan sayılırdı.


20:40 19.10.2017