KANAL24.AZ
Az Iw En Ru

Çin bu addımı ilə beynəlxalq nizamı pozur - Tillerson

Çin Cənubi Çin dənizində provokativ fəaliyyətlər həyata keçirməklə beynəlxalq nizamı pozur.

Bunu jurnalistlərə açıqlamasında ABŞ Dövlət katibi Reks Tillerson söyləyib. Onun sözlərinə görə, Çinin bu fəaliyyəti təkcə ABŞ üçün yox, həm də onun qonşusu olan Hindistan üçün də çağırışdır.

Qeyd edək ki, Çin bir müddət öncə Cənubi Çin dənizində Spratli adalarını ələ keçirib. Bu adaların ilhaqı Pekinin Vyetnam, Bruney, Malaziya və Filippinlə münasibətlərinin pozulmasına şərait yaradıb. ABŞ Pekinin bu adaları dərhal tərk etməsini tələb edib.

Spratli adaları neft ehtiyatları ilə zəngindir.


20:16 19.10.2017
Xəbər lenti
Bütün xəbərlər