KANAL24.AZ
Az Iw En Ru

Çinli və Yaponiyalı gənc liderlər" layihəsi blogerləri İsraildə

 "Holokost faciəsində keçmiş" və "Avropa " kitabını yazan 93 yaşlı Şlomo Perelin hekayəsi Çinli blogerləri göz yaşlarına boğdu.Baş nazir Binyamin Netanyahu və İsrailin XİN tərəfindən təşkil edilən "Çinli və Yaponiyalı gənc liderlər" layihəsi çərçivəsində məşhur Çin blogerlərindən ibarət nümayəndə heyəti ötən gün İsrailə gəlib.

Onlardan biri, ixtisasca tarixçi, 6 milyon abonenti olan bloger Perelin Holokost faciəsinə həsr etdiyi kitab əsasında çəkilən filmi izlədikdən sonra göz yaşlarını saxlaya bilməyib,başını müəllifin çiyninə qoyaraq ağlayıb.Çinli gənc bildirib ki :"Mən kitabı oxumuşdum, filmə baxdıqdan sonra da müəllifi qarşımda görüncə çox kövrəldim". Perel özünü alman kimi tanıtdığı üçün o faciədə sağ qalmağı bacarıb.O öz hekayəsindən kitab yazıb və daha sonra "Qızıl qlobus"mükafatı alan film çəkilib.Film "Oskar"mükafatına namizəddir. Perel bu görüşü İlahi bəxş hesab edərək söyləyib ki:"Mən heç vaxt Çinlilərlə ünsiyyətdə olmamışam, ancaq Çinli gənc məni tanıyır, kitabımı oxuyub, mənimlə görüşəndə ağladı və məni də kövrəltdi .Mən hələ də göz yaşımı saxlaya bilmirəm." Layihənin təşkilatçılarına da bu milyard Çinli arasından, bu planlaşdırılmamış görüşə xüsusilə Pereli tanıyan, onun hekayəsini oxuyan bir gəncin gəlişi çox maraqlı gəldi. İsrail, Çin və Yaponiyanın"Çinli və Yaponiyalı gənc liderlər"birgə layihəsinin əsas məqsədi Çin və Yaponiya ilə İsrail xalqları arasında əməkdaşlığı inkişaf etdirmək üçün, mədəni və sosial əlaqələri gücləndirməkdir.


17:30 19.10.2017