KANAL24.AZ
Az Iw En Ru

Praqada Yəhudi Muzeyində yeni layihə

Praqanın Yəhudi Muzeyi Holokost qurbanlarının xatirəsinə yeni bir layihə yaradıb. Layihəyə əsasən Oktyabrın 16-dan başlayaraq, İkinci Dünya Müharibəsində faşistlər tərəfindən öldürülən çexiya yəhudilərinin şəkilləri, hava qaralandan sonra Pinkas sineqoqunun çöl divarlarında əks olunacaq.

Sineqoqun içərisində divarlara təxminən 80 min Holokost qurbanının adları həkk olunub.Şoa Tarixi Şöbəsinin üzvü Yana Splixalova bildirib ki, bazar ertəsi 5 dəqiqəlik müddətlə 52 nəfərin şəkli əks olunub.O qeyd edib ki, Muzeyə həlak olanların qohumları tərəfindən minlərlə şəkil və şəxsi əşyalar gətirilib.


16:29 19.10.2017