KANAL24.AZ
Az Iw En Ru

Misirdə 4 min il yaşı olan taxta heykəl tapıldı – FOTO

İsveçrə və Fransadan olan arxeoloqlar Misirdə son fironlardan birinin anasının taxta heykəlini tapıblar.

Qədim misirli ustalar tərəfindən hazırlanmış heykəlin 4000 ildən çox yaşı var.

Heykəl Misirin ən qədim "piramidalar vadisi" kimi qəbul edilən Sakkarada aşkarlanıb.

Qazıntı işinin rəhbəri Filipp Kollomberin sözlərinə görə, büst yaxşı vəziyyətdə deyil və onu ictimaiyyətə təqdim etməmişdən əvvəl bərpa edəcəklər.

Qeyd edək ki, bir həftə əvvəl Sakkara qumlarında qazıntı işləri aparan arxeoloqlar çox nadir və qeyri-adi bir şey - piramidanın üst hissəsini bəzəyən, qızıl listlər sayəsində Günəşin işığında parıldayan piramida şəklində daş parçası tapıblar. Alimlər daşın I Pepinin həyata yoldaşı, Qədim Çarlığın faktiki son tamhüquqlu hökmdarı II Pepinin güman edilən anasının - çariça II Ankhnespepinin dağılmış məqbərəsinin üst hissəsində yerləşdiyini hesab edir.

İndi alimlər bu məbədin izlərini tapmaq ümidi ilə qazıntı sahəsini genişləndirirlər.

 


05:02 19.10.2017
Xəbər lenti
Bütün xəbərlər