Çexiyada yeddi minə yaxın həkim əmək haqlarının artırılması tələbi ilə birgünlük tətil elan edib.
Həkimlər, həmçinin onların inzibati öhdəliklərinin azaldılmasını tələb edir. Həkimlərlə həmrəylik olaraq 400-ə yaxın aptek də yarım saat müddətinə işini dayandırıb.
Tibb işçiləri gün ərzində yalnız təcili yardım üçün işi bərpa edə biləcəklərini bəyan ediblər.