KANAL24.AZ
Az Iw En Ru

Bu daşların sirrini heç kim müəyyən edə bilmir

Mərkəzi Amerikada həm Atlantik, həm də Sakit okean sahilində yerləşən Kosta Rikadakı tapılan daşlar hamını təəccübləndirir.

Ölkənin müxtəlik yerlərində mükəmməl şəkildə yonulan, ən böyüyü 2,7 metr diametrində, 16 ton ağırlığında olan çoxlu sayda daş var. İlk dəfə 1930-cu ildə Kosta Rikada dövlət tərəfindən işçilərə əraziləri dəyərləndirmək və kənd təsərrüfatı istehsalı apara bilmək üçün təmizlik işləri tapşırılıb.

İş görmək üçün toplaşan işçilər müəyyən edilən ərazilərdə dinamit və mişarla ağacları kəsən zaman həmin daşlarla qarşılaşıblar. Daşlarla bağlı ən diqqətçəkən məqam budur ki, onların hamısı eyni məsafə ilə yerləşib. Bu daşların niyə, necə yerləşdirildiyi isə məlum deyil. Daşları araşdırmaq üçün əraziyə gələn arxeoloqlar bildiriblər ki, daşlar təbii yolla bu formaya düşə bilməz. Çünki daşların hamısı estetik görünüşə malik idi.

Bəzi araşdırmaçı qruplar, “qədim zamanlarda o ərazilərdə yaşayan insanlar Günəş sistemini başa düşmək üçün onun bənzərini yaratmağa çalışıblar” desələr də, bu elə fərziyyə olaraq qalıb və öz təsdiqini tapmayıb. Araşdırmalar zamanı müəyyən edilib ki, müxtəlif ölçülərə malik daşların hamısı mükəmməl şəkildə cilalanıb. Daşlar yumşaq səthə malik olsalar da, bugünədək öz formalarını olduğu kimi saxlayıblar. İllərdir daşlarla bağlı müxtəlif tarixçilər, arxeoloqlar, alimlər araşdırma aparsa da, dəqiq məlumat əldə edə bilmirlər.

 
 

02:38 19.10.2017