KANAL24.AZ
Az Iw En Ru

Qızılın yaranma sirri məlum oldu

Elm adamları iki neytron ulduzunun toqquşması nəticəsində əmələ gələn katalizmik partlayışda kosmosa qızıl və gümüş kimi qiymətli metalların yayıldığını müəyyən edib.
 
 
Partlayış sonrası kosmos boşluğuna yayılan qalıqlarda qızıl, gümüş və platin kimi metallara məxsus fərqləndirici kimyəvi izlər aşkar olunub.
 
ABŞ - lı elm adamları neytron ulduzlarının toqquşmasını kainatın maddi quruluşunun anlaşılması baxımından böyük əhəmiyyət daşıdığını qeyd edib. Əsrlərdir qızıl kimi qiymətli metalların necə yarandığının sirri də bu monitorinqlə aydınlığa qovuşmuş olur.
 
Kainatda dəmirdən ağır, qızıl, gümüş, platin və uran kimi qiymətli metalların mənbəyinin neytron ulduzlarının partlaması nəticəsində kosmosa yayılan qalıqlar olduğu öz təsdiqini tapıb. 

02:30 19.10.2017
Xəbər lenti
Bütün xəbərlər