KANAL24.AZ
Az Iw En Ru

Gələn il qəbul imtahanı necə olacaq?

2018-ci ildə ali və orta ixtisas təhsili müəssisələrinə qəbul imtahanları 2017-ci ildə olduğu kimi keçiriləcək. 

Kanal24 Qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə Dövlət İmtahan Mərkəzi bildirib. 

Qeyd olunub ki, 2018-ci ilə dair yeganə dəyişiklik ondan ibarətdir ki, ümumi (9 illik) orta təhsil bazasından orta ixtisas təhsili müəssisələrinə (kolleclərə) qəbul olmaq istəyən rus (gürcü, ingilis) bölməsinin abituriyentləri Azərbaycan dili fənnindən də imtahan verəcəklər.


00:37 19.10.2017
Xəbər lenti
Bütün xəbərlər