KANAL24.AZ
Az Iw En Ru

"Neftçi"nin legioneri: ""Atletiko"nun işi heç də asan olmayacaq”

"Qarabağ" çox yaxşı komandadı.

Bunu "Neftçi"nin yarımmüdafiəçisi İqnasio Erreraİspaniya mətbuatına açıqlamasında deyib. 

Çilili futbolçu Çempionlar Liqasının qrup mərhələsi çərçivəsində sabah baş tutacaq "Qarabağ" - "Atletiko" görüşünü dəyərləndirib.

30 yaşlı oyunçu Bakı Olimpiya Stadionunda "Atletiko"nu çətin oyunun gözlədiyini söyləyib: "Qarabağ" yüksək səviyyəli futbolçulardan qurulmuş komandadı. Onlar rəqib üçün vəziyyəti çətinləşdirməyi bacarırlar. Bu baxımdan "Atletiko"nun işi Bakıda heç də asan olmayacaq".

 

Qeyd edək ki, İqnasio Errera 2008-2009-cu illərdə İspaniyada "Betis"in B komandasında çıxış edib.


21:18 17.10.2017
Xəbər lenti
Bütün xəbərlər