KANAL24.AZ
Az Iw En Ru

Eddi: "Əvvələr “Qarabağ”a rahatlıqla qalib gəlmək olardı, ancaq indi elə deyil”

Əvvələr "Qarabağ"a rahatlıqla qalib gələ bilərdiniz, ancaq indi elə deyil. 

Bunu Azərbaycan millisinin və İspaniyanın "Ximnastik" komandasının futbolçusu Eddi İsrafilov Çempionlar Liqasının (ÇL) qrup mərhələsində III turun "Qarabağ" - "Atletiko" oyununu barədə "Marca"ya açıqlamasında deyib.
25 yaşlı yarımmüdafiəçi bildirib ki, "Qarabağ" oktyabrın 18-də Madrid təmsilçisi ilə görüşdə sürprizə imza ata bilər: "Futbolda bu cür hallar baş verir. Necə ki, "Alkorkon" bunu "Real Madrid"ə 4:0 hesabı ilə qalib gəlməklə etmişdi". 

İsrafilov görüşün baş tutacağı Bakı Olimpiya Stadionunda da söz açıb: "Bakı dəbdəbəli şəhərdir, hər il yeni binalar tikilir. Son 5-10 ildə ciddi dəyişikliklər olub. Hərçənd, bu, hələ bəzi yerlərdə hiss olunmur. Bakı Olimpiya Stadionu "Allianz Arena"nın bənzəridir. Yeni inşa olunmuş müasir arenadır. Biz davamlı olaraq orada oynayırıq. Lakin bu da rəqibdən asılıdır".

İsrafilov Azərbaycan yığmasındakı çıxışından da danışıb. Yarımmüdafiəçi deyib ki, milli komandaya oyun və nəticələrin daha da yaxşılaşdırılması üçün diqqət çoxalıb: "Atam Anqoladandır, lakin Azərbaycanda təhsil alıb. Anamla orada tanış olub. Daha sonra iş axtarmaq üçün İspaniyaya köçüblər. Rus və ingilis dilində bildiyimdən, yığmada ünsiyyət qura bilirəm. Baş məşqçi Robert Prosineçki ilə isə ispanca danışıram. Daha əvvəl də millidə oynamaqla bağlı əlaqə saxlamışdılar. Lakin Prosineçki mənə həqiqətən üstünlük verən mütəxəssis oldu. O, əla məşqçidir. Azərbaycan futbolunda çox şey müsbətə doğru dəyişir. Milli komandaya oyun və nəticələrin daha da yaxşılaşdırılması üçün diqqət çoxalıb. Amma Almaniya ilə eyni qrupdasınızsa, nəticə qazanmaq asan deyil".

 

Qeyd edək ki, Eddi İsrafilov Azərbaycan millisinin son oyunlarına çağırılmayıb.


21:04 17.10.2017
Xəbər lenti
Bütün xəbərlər