KANAL24 ONLINE TV
Az Iw En Ru

Sabaha olan hava proqnozu açıqlandı

Azərbaycanda sabaha olan hava proqnozu açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, oktyabrın 18-də Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı gözlənilir. Əsasən yağmursuz olacaq. Şimal-qərb küləyi gündüz cənub küləyi ilə əvəz olunacaq.

Havanın temperaturunun gecə 9-12° isti, gündüz 16-20° isti, Bakıda gecə 10-12°, gündüz 18-20° isti olacağı gözlənilir. Atmosfer təzyiqi normadan yüksək - 768 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət gecə 80-90 %, gündüz 60-70 % olacaq.

Azərbaycanın rayonlarında hava şəraiti, əsasən, yağmursuz keçəcək. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Zəif şərq küləyi əsəcək. Havanın temperaturunun gecə 7-12°, gündüz 17-22° isti, dağlarda gecə 0-4° isti, gündüz 9-14° isti olacağı gözlənilir.


12:37 17.10.2017