Dünya birjalarında neft ucuzlaşıb.
VTİ neftinin qiyməti 1 barrrelə görə 0,08 dollar və ya 0,15% azalaraq 51,79 dollar təşkil edib.
“Brent” markalı neftin 1 barrelinin dəyəri isə 0,01 dollar və ya 0,02% azalaraq 57,81 dollar olub.
"Azəri Layt" markalı neftin 1 barrelinin dəyəri 0,57 dollar və ya 0,98% artaraq 58,94 dollar təşkil edib.