KANAL24.AZ
Az Iw En Ru

Rusiyanın Müdafiə naziri İsraildə səfərdədir

Rusiyanın Müdafiə naziri Sergey Şoyqu İsraildə 3 günlük səfərə gəlib.Qonağın şərəfinə İsrailin Təl-Əvivdəki Müdafiə Nazirliyində təntənəli qarşılama mərasimi  olub.Mərasimdə 2-ci Dünya Müharibəsinin rusdilli veteranları da iştirak ediblər.Mərasimi İsrailin MN Aviqdor Liberman açaraq çıxış edib.

Müdafiı naziri  çıxışında deyib ki:"Biz Rusiya ilə əlaqələrimizə dəyər veririk, xüsusilə də bu əlaqələr dürüstlük üzərində qurulduğu üçün bizim üçün qiymətlidir.Hətta bir şeylə razılaşmasaq da,biz həmin məsələni oturub açıqca müzakirə edirik.Biz inanırıq ki,birgə müzakirə bütün problemləri həll edir.Bizim babalarımız, nənələrimiz Qırmızı ordu sıralarında çiyin- çiyinə vuruşub, bizim yollarımız 2 -ci Dünya Müharibəsindən birləşib və biz o vaxtların xatirinə bu günkü əlaqələrimizə yüksək qiymət veririk.Xoş gəlmisiniz." Rusiya mətbuatının verdiyi məlumata görə, Şoyqu Libermanla söhbəti zamanı, bu yaxınlarda Rusiya qoşunlarının Suriyada fəaliyyəti başa çatacağı haqqında məlumat verib, lakin Suriyadaki vəziyyətin gələcək inkişaf perspektivlərinin bir neçə məqamı var ki onlar müzakirə etmək lazım olduğunu bildirib.Şoyqu İsraillə hərbi və hərbi-texniki əməkdaşlığından başqa, ən başlıca əməkdaşlığın terrorla mübarizə olduğunu qeyd edib.Bu gün Şoyqu baş nazir Binyamin Nitanyahu ilə görüşəcək və Yerüssəlimdə "Yad Vaşem "Holokost xatirə muzeyini ziyarət edəcək.

 

 

 

 

 

 


15:58 17.10.2017