"Marsel" futbol klubunun qapıçısı Stiv Mandanda yeni rekord müəyyənləşdirib.
Fransa çempionatı çərçivəsində "Strasbur" ilə oyunda 32 yaşlı futbolçu komandasının heyətində 453-cü oyununa çıxıb.
Əvvəlki rekord yarımmüdafiəçi Roje Skotta məxsus olub. Belə ki, futbolçu 1942-ci ildən 1958-ci ilədək "Marsel"in heyətində 452 oyunda meydana çıxıb.
Qeyd edək ki, "Marsel"-"Strasbur" oyunu 3:3 hesabı ilə yekunlaşıb