KANAL24.AZ
Az Iw En Ru

Qayıq batdı, 40 nəfər itkin düşdü

Haitidən olan 50 miqrantı qeyri-qanuni şəkildə sərhəddən keçirəcək olan qayıq batıb.

Hadisə Karib dənizində baş verib. Tortyu adası yaxınlığında batan qayıqdan 7 nəfərin xilas edildiyi deyilib. Onlardan 3-nün vəziyyəti ağırdır.

40 nəfərdən çox insan itkin düşüb.

Yerli qurumların məlumatına görə, miqrantlar qanunsuz yollarla Providensiales adasına keçmək istəyiblər.

Hazırda dənizdə itkin düşən 40 nəfərin axtarışları davam edir.


01:51 17.10.2017
Xəbər lenti
Bütün xəbərlər