KANAL24.AZ
Az Iw En Ru

“Sehrli göbələy"in depressiya müalicəsində faydası ortaya çıxdı

Sehrli göbələk kimi tanınan və tərkibində “psilosibin” maddəsi olan göbələklərin müalicə edilə bilməyən depressiya xəstələri üzərində müsbət təsir yaratdığı ortaya çıxıb. Ancaq elm adamları bu maddənin beyin üzərindəki təsirini tam olaraq öyrənə bilmədikləri üçün xəstələrə hələlik bu üsuldan istifadə etməməyi məsləhət görürlər.
 
Aparılan tədqiqatda 19 xəstəyə “psilosibin” adlı maddə verilib.
 
Xəstələrin yarısından çoxu bu maddəni qəbul etdikdən sonra depressiya hiss etmədiklərini bildiriblər. 
Belə ki, həmin maddə beyində qorxu, narahatlıq kimi duyğuların yer aldığı amigdala bölgəsini daha az aktiv hala gətirir. Bu bölgədəki funksiyalar azaldıqca, depressiya simptomları da azalır.

01:34 17.10.2017
Xəbər lenti
Bütün xəbərlər