KANAL24.AZ
Az Iw En Ru

Kaliforniyada ağaclar içlərindən, öz-özlərinə odlanır?

Yerli sakinlər onlarla insanın ölümü ilə nəticələnmiş yanğınların qəzəbli hindu ruhları tərəfindən törədildiyini  iddia edirlər...
 
ABŞ ərazisində cürbəcür təbii və ya texnogen fəlakətlər daha da artmaqdadır. Son günlər  Kaliorniya ştatında davam edən meşə yanğınları qurbanlarının 40 nəfəri ötdüyü bildirilir.Yanğınlar səbəbindən 100 minə yaxın insan təxliyə olunub. Azı 5,7 min ev və sənaye binası yararsız hala düşüb.  
 
 
Bu arada Moderator.az  Kaliforniya yanğınlarına dair ağlasığmaz məlumat əldə edib.  “CNN” telekanalının jurnalistlərinə  açıqlama verən yerli sakinlər meşələrdə  ağacların içlərindən, öz-özünə yanması hallarına rast gəlmələrindən danışıblar. Onlar hətta  belə yanğınların video-görüntülərini də təqdim ediblər. 
 
Sonoma dairəsinin Şelvil  bölgəsinin sakini Cim Stoun deyir ki,  meşələrdəki bu dəfəki yanğınlar şübhəlidir. “Çünki ağaclar içərisindən odlanır, sanki hansısa daxili yanma prosesi gedir...”  
Videodan da görünür ki, ağacın ətrafında yanan  heç nə, heç bir kol-kos, xəzəl olmadığı halda o, içəridən alovlanmaqdadır.  
 
 
Artıq on ildən çoxdur ki, burada yaşayan Mak Dermott “CNN”-ə belə yanğını öz gözləriylə gördüyünü də bildirib: “Yanğın olan ərazidə yaşayan qohumlarımı xilas etmək üçün avtomobillə gedirdim. Birdən gördüm ki, bəzi ağaclar içərisindən od tututb yanır, tüstü isə onların uclarından çıxır. Bu, çox qəribə, hətta qorxulu idi. Əvvəllər heç vaxt bu cür olaya rast gəlməmişəm...”
 
Artıq yerli sakinlər arasında belə şayiələr dolaşır ki, guya bu  dəfəki yanğınlar qədimlərdə bu meşələrdə yaşamış  və sonradan avropalılar tərəfindən qətlə yetirilmiş qəzəbli hindu ruhları tərəfindən törədilir. Məhz buna görə də ağaclar içərisindən yanır...
 
Kaliforniya rəsmiləri isə yanğınların həmişəki kimi süni şəkildə yarandığını bildirərərək deyiblər ki, burada heç bir mistikadan söhbət gedə bilməz. “Görünür, kimlərsə əyləncə məqsədi ilə  geniş koğuşlu ağacları tapır və onları içəridən odlayır...”
 


01:26 17.10.2017