KANAL24.AZ
Az Iw En Ru

Qubada yəhudi muzeyi tikilir

Azərbaycanın Quba rayonunun Krasnaya Slobada qəsəbəsində dağ yəhudilərinin təşəbbüsü ilə yəhudi muzeyi tikilir.Muzey Krasnaya Slobada qəsəbəsindəki "Karçoqi"tarixi sineqoqunun binasında açılacaq.

Qəsəbənin icra hakimiyyəti başçısı Pesax İsakovun sözlərinə görə, sineqoq sovet dövründən istifadə olunmayıb.O qeyd edib ki :"Bina SSRİ dövründə bina kənd təssərrüfatı məhsulları üçün anbar kimi istifadə olunurdu.SSRİ-nin dağılması ilə bina təmamilə tərk edilmiş oldu.Beləliklə muzeyin yaradılması ideyası bizə bir daşla iki quş vurmağa kömək etdi, belə ki, bir tərəfdən muzey üçün yer tapıldı, digər tərəfdən sineqoqu bərpa edə bilərik.Bu işdə bizə xeyriyəçi Qod Nisanov, Zaxar İliyev və German Zaxaryayev yaxından kömək edirlər.Sineqoqu 19-cu əsrin sonu -20-ci əsrin əvvəlində onun tikintisində sərf olunan materiallarla bərpa etmək qərarına gəlmişik.Binanın zirzəmi hissəsində konfrans zalı, kitabxana və muzey fondunun ehtiyyat zalı olacaq.Bina kvadrat formasında olacaq .Biz binanın ilkin görünüşünü bərpa edəcəyik." Muzeydə Dağ-yəhudilərinin tarixinə aid müxtəlif eksponatlar sərgiyə qoyulacaq.Dağ yəhudilərinin geyimləri, həyatları ilə bağlı bütün əşyaları muzey ekspozisiyasında öz yerini tutacaq.Muzeyin doldurulması və bəzədilməsi ilə məşğul olan Stmegi fondu qədimdən qalan əşyalarını, dəyərli ailə yadigarlarını muzeyə təhvil vermələri üçün əhaliyə müraciət edib.Pesax İsakov dünyada ilk Dağ- yəhudi muzeyinin gələn il açılacağını bildirib.


16:42 16.10.2017