KANAL24.AZ
Az Iw En Ru

Israilli iş adamı "Dostluq ordeni"nə layiq görüldü

İsrailin iş adamı Amir Qal-Or ötən həftə Çin Xalq Respublikasının xarici vətəndaşlar üçün ən yüksək mükafatı olan "Dostluq ordeni"nə layiq görülmüşdür.Uzun illər Çində yaşamış və ən nüfuzlu İnfinity fondunun təsisçisi və əməkdaşı olan Qal-Or, Çin-İsrail əlaqələrinin inkişafına qatqı təmin etdiyi üçün bu mükafata layiq görülüb.

55 yaşlı Amir Qal-Or Hayfada, "Texnion"professorları ailəsində anadan olub .Əskərliyi HHQ-də qulluq edib, döyüş pilotu olub, 1986 -cı ildə Ron Aradın vurulduğu əməliyyatda iştirak edib.1990-cı ildə iqtisadiyyat və biznes idarəçiliyi təhsili olan Qal-Or İsraildə ilk biznes inkubatorluğu yaradır, 1998 -ci ildə 10 milyard yuan sərmayəni idarə edən İnfinity müəssisəsi fondunu yaradır.Qeyd edək ki, Qal-Or "Dostluq ordeni"almış ilk israilli deyil.Hələ 2013 -cü ildə Təl-Əviv Universitetinin Kompyuter Elmləri professoru Daniel Cohen-Or bu mükafatala təltif olunub.


16:39 16.10.2017
Xəbər lenti
Bütün xəbərlər