KANAL24.AZ
Az Iw En Ru

“Qarabağ”–“Atletiko Madrid” oyununa 35 min bilet satılıb

Ağdamın "Qarabağ" futbol klubunun UEFA Çempionlar Liqasının qrup mərhələsinin ikinci ev oyununda qarşılaşacağı "Atletiko Madrid" ilə matça bilet satışı davam edir.

Kanal24 klubun saytına istinadla xəbər verir ki, qarşılaşmaya satılan biletlərin sayı artıq 35 minə çatıb.

Azarkeşlər biletləri "ASAN xidmət" mərkəzlərindən, Heydər Əliyev Sarayının kassasından, "28 Mall", "Gənclik Mall", "Park Bulvar" alış-veriş mərkəzlərindən, "Azərbaycan", "Nizami" kinoteatrlarının yaxınlığından və Üzeyir Hacıbəyli küçəsi 69x ünvanından ala bilərlər.


04:51 16.10.2017