KANAL24.AZ
Az Iw En Ru

Qırğızıstanda prezident seçkilərində Soornbay Jeenbekov qalib gəldi - YENİLƏNDİ

Qırğızıstanda 1,5 milyondan çox səs sayılıb, hakim Sosial Demokrat Partiyasının namizədi Soornbay Jeenbekov səslərin 55 faizini qazanıb.

 
Bunu bu gün Qırğızıstan Mərkəzi Seçki Komissiyasının sədri Nurcan Şayldabekova bildirib.
 
Prezident seçkilərində qeydə alınmış 3 milyon 25 min 770 seçicidən 1 milyon 557 min 225 seçici səsvermədə iştirak edib. Sayılması başa çatmış 1,5 milyondan çox səsin 885 min 649-nu S. Jeenbekov qazanıb. MSK sədri bunun sayılan səslərin 55 faizini təşkil etdiyini söyləyib.
 
S. Jeenbekovun əsas rəqibi olan müxalifət liderlərindən Omurbek Babanov 529 min 118 səs toplayıb. Bu, səslərin 33 faizini təşkil edir.
 
Qırğızıstanda səslərin 47 faizi, yəni 486 min səs sayılıb.
 
Pezident postu uğrunda mübarizəyə 11 namizəd qatılıb. Səlahiyyət müddəti dekabrın 1-də başa çatacaq Qırğızıstanın prezidenti Almazbek Atambayev Konstitusiyaya əsasən namizədliyini irəli sürməyib.
 
Ölkə tarixində ilk dəfə seçkilər elektron informasiya-seçki sistemi tətbiq edilib. Sistem seçki qutularına atılan bülletenləri avtomatik hesablayır, məlumatlar mərkəzi server və sayta ötürülür.

*****

Qırğızıstanda prezident seçkiləri başa çatıb.

Seçki məntəqələri yerli vaxtla saat 20.00-da bağlanıb.

Qırğızıstan Mərkəzi Seçki Komissiyası 1 milyon 213 min 803 seçicinin səsvermədə iştira etdiyini, seçici fəallığının 40,12 faiz olduğunu açıqlayıb. İlkin nəticələrin seçki məntəqələrinin bağlanmasından sonra 1 saat ərzində açıqlanacağı gözlənilir.
 
Xarici müşahidəçilər və Mərkəzi Seçki Komissiyası səsvermənin nəticələrinə təsir göstərəcək ciddi pozuntular qeydə almayıb. 


03:26 16.10.2017