KANAL24.AZ
Az Iw En Ru

Vyetnamda təbii fəlakət qurbanlarının sayı 68 nəfərə çatdı

Vyetnamın şimalında subasma və torpaq sürüşməsi nəticəsində ölənlərin sayı 68 nəfərə çatıb, 34 nəfər itkin düşüb.

Bu barədə Vyetnamın “VnExpress” qəzeti Fövqəladə hallar üzrə Milli Agentliyə istinadən məlumat yayıb.

Qeyd edək ki, oktyabrın 10-da başlayan leysan yağışlar torpaq sürüşməsinə yol açıb, oktyabrın 11-də Xoabin əyalətində fövqəladə vəziyyət elan olunub. Leysan və torpaq sürüşməsi 200 evin uçmasına, 30 min evin su altında qalmasına yol açıb.


20:55 15.10.2017