KANAL24.AZ
Az Iw En Ru

Moskvada məşhur “qanuni oğru” həbs olundu

Rusiya hüquq-mühafizə orqanları məşhur “qanuni oğru” İlyas Sarkiyevi saxlayıb.

Kanal24 RİA novosti agentliyinə istinadən xəbər verir ki, “Vovçik” ləqəbi ilə tanınan avtoritet dələduzluqda ittiham edilir.

Belə ki, o, 2013-cü ildən 2016-cı ilədək olan müddətdə tanışlarından aldığı 25 milyon rublu mənimsəyib.

Qeyd edək ki, 1945-ci ildə Mahaçqalada anadan olan İlyas Sarkiyev ömrünün yarıdan çoxunu həbsxanada keçirib. Bu dəfəki əməlinə görə isə “Vovçik”i 10 ilədək həbs gözləyir.


20:43 15.10.2017
Xəbər lenti
Bütün xəbərlər