KANAL24.AZ
Az Iw En Ru

Qırğızıstanda prezident seçkiləri keçirilir

Bu gün Qırğızıstanda prezident seçkiləri keçirilir.

Prezident postuna 11 namizəd iddialıdır. Səlahiyyət müddəti dekabrın 1-də başa çatacaq Qırğızıstanın prezidenti Almazbek Atambayev Konstitusiyaya əsasən namizədliyini irəli sürməyib. Seçkilərdə ölkənin sabiq baş nazirləri -  Sosial Demokrat Partiyasının namizədi Soornbay Jeenbekov və müxalifət liderlərindən Omurbek Babanovun şansı yüksək qiymətləndirilir.

Ölkə tarixində ilk dəfə seçkilər elektron informasiya-seçki sistemi tətbiq edilir. Sistem seçki qutularına atılan bülletenləri avtomatik hesablayır, məlumatlar mərkəzi server və sayta ötürülür.

Qırğızıstan Mərkəzi Seçki Komissiyası yerli vaxtla saat 10.00-a seçici fəallığının 7,49% təşkil etdiyini açıqlayıb.


19:59 15.10.2017