Bu şəhərdə, bu komandada olmaq mənim üçün çox xoşdu. Çox şadam ki, mənə kapitan sarğısı da etibar olundu".
Kanal24 apasport.az-a istinadən xəbər verir ki, bunu Azərbaycan millisinin voleybolçusu Kseniya Poznyak (Koçyığıt) deyib.
Bu gün Rusiyanın "Leninqradka" voleybol klubunun mətbuat konfransı keçirilib. Yığıncaqda blokçumuz da KİV nümayəndələrinin suallarını cavablandırıb.
O bildirib ki, Sankt-Peterburq təmsilçisinə gec qoşulduğu üçün təəssüflənir: "Təəssüf ki, komandanın düşərgəsinə daha tez gələ bilmədim. Çünki Avropa çempionatında iştirak edirdim. Kollektiv, məşqçilər, tibb personalı dərhal xoşuma gəldi. Mən burda özümü ailəmdəki kimi hiss edirəm. Meydançada anlaşmaq üçün vaxtımız elə də çox olmayıb. Lakin biz düzgün istiqamətdə gərgin iş görürük".
Qeyd edək ki, "Leninqradka" Superliqanın ilk turunda yığmamızın hücumçusu Natalya Məmmədovanın şərəfini qoruduğu Kazan "Dinamo"suna 0:3 hesabı ilə uduzub.