KANAL24.AZ
Az Iw En Ru

Qadın xərçəngi haqqında hər bir qadın bilməli FAKTLAR

Bütün dünyada qadınlar arasında ən yayılmış xərçəng növü süd vəzi xərçəngi sayılır.

Hal hazırda ilkin mərhələlərdə aşkar olunmuş süd vəzi xərçəngi çox uğurla və tam müalicə olunur.

Süd vəzi xərçəngindən heç bir qadın sığortalanmayıb. Bunu hər bir qadın bilməli və süd vəzilərinin vəziyyətinə daim nəzarət etməlidir. Süd vəzilərində istənilən dəyişiklikliyin əmələ gəlməsi mammoloqa müraciət etmək üçün ciddi səbəb sayılır. Bu dəyişikliklər arasında:

- Süd vəzilərinin formasının, ölçülərinin və ümumi görünüşünün dəyişilməsi (böyüməsi, kiçilməsi, asimmetriyası və s.)

- Süd vəzi və gilənin üzərində qızartı və səpgilər

- Gilədən ifrazatların əmələ gəlməsi

- Qoltuğaltı nəhiyəsində şişkinlik

- Gilənin formasının və ya ölçüsünün dəyişilməsi

- Süd vəzidə və ya qoltuğaltı nahiyəsində tez-tez təkrarlanan ağrılar

- Süd vəzinin üzərində bərkimiş sahələrin əmələ gəlməsi

- Süd vəzi dərisinin vəziyyətinin dəyişilməsi (qırışması, üzərində "portagal qabığı"na oxşayan sahələrin əmələ gəlməsi).

Nəzərə almaq lazımdır ki, xəstəliyin əvvəlində qadın heç bir ağrı hiss etməyə bilər. Bu səbəbdən süd vəzinin üzərində istənilən dəyişiklik ciddi simptom kimi qiymətləndirilməlidir.

Süd vəzi xərçənginin inkişafında irsi faktor böyük rol oynayır. Bundan əlavə artıq çəki, azhərəkətli həyat tərzi, spirtli içkilərin qəbulu, süd vəzi travmaları, bəzi xoşxassəli süd vəzi xəstəlikləri, yaş (40 yaşdan yuxarı qadınlar) süd vəzi xərçənginin risk faktorları sayılır.

Nəzərə almaq lazımdır ki, nadir hallarda olsa da süd vəzi xərçəngi kişilərdə də inkişaf edə bilər. Bu səbəbdən özündə yuxarıda sadaladığımız simptomları müşahidə edən kişi mütləq həkimə müraciət etməlidir.


23:29 14.10.2017
Xəbər lenti
Bütün xəbərlər