KANAL24.AZ
Az Iw En Ru

"Şeytan götürdü beynimizi" - Oğurluq edən qonşular saxlanıldılar - VİDEO - FOTO

Abşeron polisi neft kəmərindən oğurluq edən şəxsləri ifşa edib.


Kanal24 ARB TV-yə istinadən xəbər verir ki, rayon polis idarəsi, Mehdiabad Polis Bölməsinin əməkdaşları keçirdikləri əməliyyat tədbirləri nəticəsində diametri 120 santimetr olan Balaxanı-Məmmədli neft kəmərinə müdaxilə edərək oradan neft oğurlayan Digah qəsəbə sakinləri Rasim Şükürov və Adil Hacıyev saxlanılıb.

Onlar dindirilərkən törətdikləri cinayət əməlini etiraf ediblər və dediklərinə görə, neftin 200 litrini borudan çıxararaq 40 manata satıblar. İkinci dəfə bu yolla pul qazanmaq istəyərkən polis onların planlarını alt üst edib.

Adil Hacıyev - saxlanılan şəxs: "Qonşum ilə gedib borunu deşdik. Bir dəfə apardıq 200 litr. 2-ci dəfə polislər saxladı".

Rasim Şükürov - saxlanılan şəxs: "Şeytan götürdü beynimizi. Getdik, dərəni qazdıq".

Faktla Bağlı Abşeron Rayon Polis İdarəsində başlanan cinayət işi üzrə araşdırmalar davam edir.

"Şeytan götürdü beynimizi" - Oğurluq edən qonşular saxlanıldı


22:44 14.10.2017
Xəbər lenti
Bütün xəbərlər