KANAL24.AZ
Az Iw En Ru

Bakının mərkəzində binanın zirzəmisini su basdı

Son günlərdə havaların dəyişməsi  və intensiv yağan  yağış nəticəsində yaranan fəsadlar aradan qaldırmamış yenidən yağışın yağması  mövcud vəziyyəti biraz da çətinləşdirdi.Bu dəfə isə yağan yağış  ve qurunt sularindan Bakı şəhəri Nəsimi rayonu Ənvər Qasimzadə və Abbasqulu ağa Bakıxanov küçələrinin kəsisməsində yerləşən binanın zirzəmisi öz nəsibini aldı.

Kanalımıza daxil olan şikayət əsasında adı çəkilən ərzaziyə yollandıq.Gördüyümüz mənzərə isə heç də ürəkaçan olmadı.Şəhərin mərkəzində Nəsimi rayon İcra Hakimiyyətinin düz yanında yerləşən  gözəl görünüşlü bu binanın zirzəmisindəki vəziyyət olduqca acınacaqlıdır.Qurunt sularının yığıldığı və zibbilikdən heç də fərqi olmayan zirzəmi bu gedişlə  binanın təməlinə də ciddi təsir edəcək.Ərazidən gələn üfunət qoxusunu isə təəssüf ki, izləyicilərə çatdırmaq imkanımız yoxdur.

Aidiyyatı qurumların şəhərin  mərkəzində yerləşən bu binanın taleyinə biganə yanaşması,kanalizasiya xəttlrindəki sızmlar ,qurunt suları,yağan yağışın yaratdığı bərbad durum binanın çökməsinə də gətirib çəxara bilər.Qarşıdan qış fəslinin gəlməsini,yağan yağış və qarın daha da çox olacağını nəzərə alsaq bu binanın vəziyyətini düşünmək elə də çətin məsələ deyil.

Ümidvarıq ki, Azərbaycan mədəniyyətinə  öz tövhələrini vərən bəstəkar Əfrasiyab Bədəlbəyli,rəssam Qəzənfər Xalıqov,xalq artistləri Əminə Dilbazi və  Cövdət Hacıyevin  vaxtıykən   yaşadğı bu binanın acınacaqlı durumuna tez bir zamanda aidiyyatı qurumlar tərəfindən əlac tapılacaq.

 

 

 


21:12 14.10.2017
Xəbər lenti
Bütün xəbərlər