KANAL24.AZ
Az Iw En Ru

Fantan vuran su zəncirvari qəzaya səbəb oldu - VİDEO - FOTO

İsmayıllı rayonunda zəncirvari yol nəqliyyat hadisəsi baş verib.

Kanal24 ARB TV-yə istinadla xəbər verir ki, rayonunun Kəpənək adlandırılan küçəsində dairəvi yol ayrıcında qeydə alınan hadisəyə yolda quraşdırılan su ötürücü lyukdan qəfil fantan vuran su səbəb olub.

"011" markalı 90-KB-263 nömrəli taksinin sürücüsü 24 yaşlı İsmayıllı sakini Asim Əliislamlı qəfildən suyun fantan vurması nəticəsində idarəetməni itirib. Nəticədə qarşıdan və arxadan gələn "Mercedes" markalı 99-FL-865 dövlət nişanlı avtomobil və "014" markalı 90-EE-048 markalı avtomobillərlə toqquşub. Taksi sürücüsü Asim Əliislamlı və "014" markalı avtomobilin sürücüsü 31 yaşlı İsmayıllı sakini Namiq Hüseynov xəsarət alıblar. İsmayıllı RMX-na çatdırılan Namiq Hüseynov ilkin ambulator müayinədən sonra evə buraxılıb. Əliislamlı Asim isə kəllə beyin travması ilə travmatologiya şöbəsinə yerləşdirilib. Vəziyyəti orta ağır qiymətləndirilir.

Fakt araşdırılır.

Fantan vuran su zəncirvari qəzaya səbəb oldu

 


00:23 14.10.2017