KANAL24.AZ
Az Iw En Ru

Bakıda ölüm saçan piyada: 110-luq yola çıxdı – VİDEO

Piyada Bakı Dairəvi yolunda  hərəkət edən nəqliyyat vasitələrinə həyəcanlı anlar yaşadıb. 

Məsuliyyətsiz vətəndaş avtomobillərin yüksək sürətlə hərəkət etməsinə baxmayaraq, siqaret çəkə-çəkə yolu keçmək istəyib.

Görüntülərdə yüksək sürətlə hərəkət edən avtomaşının yoldan çıxdığı öz əksini tapıb. Sürücü piyadanı vurmamaq üçün hərəkət istiqamətini dəyişib.

Videonu çəkən sürücü bildirib ki, həmin yolda qanunsuz olaraq hətta dəmir arakəsmələri götürüblər və piyadaların yolu keçməsini asanlaşdırıblar.

Qeyd edək ki, görüntülərdə tarix səhv göstərilib, video bu gün çəkilib.

Həmin yolda sürət həddi 110 km/saat-dır.(oxu.az)


19:07 13.10.2017
Xəbər lenti
Bütün xəbərlər