KANAL24.AZ
Az Iw En Ru

Bu görüntüdən sonra təyyarəyə minməyəcəksiniz - Video

Qətər Hava Yolları şirkətində çalışan pilotlardan birinin təyyarənin kabinəsindən Tvitterdə paylaşdığı video izləyiciləri heyrətləndirib.

Kapitan Sandip Varmanın paylaşdığı videoda Yeni Zellandiyanın Kuinstaun şəhərinə uçan “Boinq 787” təyyarəsinin buludların üzərindən və dağların arasından keçərək, gölün yaxınlığında yerləşən hava limanına eniş etdiyi görünür.

Qısa zamanda bu video geniş izləyici kütləsinin marağına səbəb olub. Bəzi sosial şəbəkə istifadəçiləri kapitanı qınayaraq bu görüntülərin yayılmasının düzgün olmadığını bildiriblər.

Digər istifadəçilər isə bundan sonra əsla Yeni Zellandiyaya getməyəcəkləri ilə bağlı rəylər yazıblar.


07:29 13.10.2017
Xəbər lenti
Bütün xəbərlər