KANAL24 ONLINE TV
Az Iw En Ru

“Azərsu” məşhur xəstəxananın suyunu kəsdi - Borca görə

M.A.Topçubaşov adına Elmi Cərrahiyyə Mərkəzində (Eksperimental xəstəxana) bir neçə gündür, su gəlmir.
 
Bu barədə vəkil Aslan İsmayılov məlumat verib. O bildirib ki, xəstəxanaya gün ərzində 2 dəfə 30 dəqiqə su verilir, günün qalan saatlarında isə su olmur. Buna səbəb kimi xəstəxananın suya külli miqdarda borcu olduğu göstərilir.
 
Məsələ ilə bağlı ətraflı məlumat almaq üçün xəxtəxana ilə əlaqə saxlanılıb. Xəstəxananın təsərrüfat məsələləri üzrə məsul şəxsi Əmir müəllim faktı təsdiqləyib, lakin ətraflı məlumat verməyib: "Sizin və ya kimin nəyinə gərəkdir ki, burada su gəlir ya yox? Borca görə 1-2 günlük problem yaranmışdı, borc ödəndikdən sonra suyun verilişi bərpa olunub”.

20:19 12.10.2017