KANAL24.AZ
Az Iw En Ru

Bolqarıstan prezidenti Azərbaycana gəlib

Bolqarıstan Prezidenti Rumen Radev bu gün Azərbaycana rəsmi səfərə gəlib.

Hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülüb.

Bolqarıstan Prezidenti Rumen Radevi və xanımı Desislava Radevanı hava limanında Baş nazirin birinci müavini Yaqub Eyyubov, xarici işlər nazirinin müavini Xələf Xələfov və digər rəsmi şəxslər qarşılayıblar.


02:29 13.10.2017
Xəbər lenti
Bütün xəbərlər