KANAL24.AZ
Az Iw En Ru

Dünyanın ən ağıllı insanları bu ölkələrdə yaşayırlar

İngilis psixoloqu,  professor Riçard Linn və finlandiyalı  professor Tatu Vanhanen 80-dən çox ölkədə apardıqları araşdırmalar sayəsində ən güclü İQ (intellectual quality) –intellektual göstəricilərə malik insanların yaşadığı ölkələri müəyyənləşdiriblər.  
 
Bu alimlərin apardıqları tədqiqatlar insanların  İQ gücünü  müəyyənləşdirən irimiqyaslı araşdırmaların nəticəsinə çox yaxın olub. Çünki yenə də siyahıda liderliyi 3 Asiya ölkəsi edib. 
 
Siyahıya əsasən, Honq-Konq və Sinqapur dünyada ən ağıllı insanların yaşadığı yer kimi göstərilib. Birincilik və ikinciliyi öz aralarında  bölüşən uzaq Şərq ölkələrində insanların orta İQ səviyyəsi 108 kimi göstərilib. 
 
Üçüncü yerdə isə, bir başqa Asiya nəhəngi- Cənubi Koreya gəlir. İT bilgilərinə kifayət qədər bələd olan ölkədə insanların orta İQ-su 106 kimi dəyərləndirilib. 
 
Dördüncü yerdə isə, təbii ki, bir başqa düşüncə nəhəngi Yaponiyadır- Orta İQ-105.
Maraqlıdır ki, bu siyahıya görə Avropanın ən ağıllı ölkəsi İtaliya seçilib. Çünki orada insanların orta intellektual səviyyəsi 102-dir. 
 
Hər il elm sahəsində Nobel mükafatlarını sıralayan ABŞ isə siyahının vur-tut 12-ci pilləsində qərarlaşıb. İngilis və fin aliminin fikrincə ABŞ-da orta intellektualı göstərici 98 baldır.
Qardaş Türkiyə isə Peru və Xarvatiya ilə birlikdə siyahının 17-19-cü pilləsini bölüşür. Hər üç ölkədə orta İQ səviyyəsi 90 baldır.
 
Siyahıda ümumilikdə, 80 ölkə yer alıb. Sonuncu pilləsinin sahibi isə Afrika ölkəsi Yeni Qvineya olub. Burada insanların orta ağıllılıq dərəcəsi 59-dur.

00:43 13.10.2017
Xəbər lenti
Bütün xəbərlər