KANAL24 ONLINE TV
Az Iw En Ru

Qadın ərinin ikinci arvadıyla toyuna gəldi..

Qadın ikinci dəfə evlənən ərinin toyunda mehribancasına gəlinin yanında oturdu. 
Təzadlı olay Misirdə baş verib. Hazırda ölkə sakinləri tərəfindən sosial şəbəkələrdə kişinin birinci arvadının da iştirak etdiyi ikinci xanımıyla toyu məsələsi geniş müzakirə olunmaqdadır. Bəziləri bundan hiddətlənir, heyrətə gəlir ki,  bəyin belə gözəl xanımı ola-ola ikincini niyə alıb. Digərləri isə buna haqq qazandırırlar. Deyirlər ki, yəqin birinci xanım hansısa səbəblərdən özü ərinin ikinci evliliyinə xeyir-dua verib...
 
 

17:28 12.10.2017