KANAL24.AZ
Az Iw En Ru

Panama hakimin səhvilə Dünya Çempionatında - Video

Panama - Kosta Rika qarşılaşmasında skandal yaşanıb.

 Dünya Çempionatı Şimali və Mərkəzi Amerika seçimlərində Panama millisi Kosta Rika komandası ilə qarşılaşıb.

Oyunda 2:1 hesabla qalib gələn Panama Rusiyaya səfərini rəsmiləşdirib.

Kosta Rikanın 1:0 üstünlüyü ilə keçən qarşılaşmada Panama küncdən zərbə ilə qapının qarşısında təhlükəli vəziyyət yaradıb. Hakim qapıdan kənarda qaytarılan topu qol sayaraq Kosta Rika millisini mərkəzə dəvət edib.

Növbəti dəqiqələrdə Panama daha bir qola imza ataraq hesabı 2:1 edib. Bununla da Panama ilk dəfə olaraq Dünya Çempionatına vəsiqə qazanıb.

Əgər hakim qapının xəttinə belə dəyməyən topu qol saymasaydı və oyun 1:1 hesabla başa çatsaydı Kosta-Rika Dünya Çemponatına qatılacaqdı.


06:07 12.10.2017
Xəbər lenti
Bütün xəbərlər